İMARƏT KOMPLEKSİNİN BƏRPA LAYİHƏSİ
ÇƏRÇİVƏSİNDƏ QƏBİRSTANLIĞIN ARXEOLOJİ
TƏDQİQİ
DAHA ƏTRAFLI
GORANBOY RAYONU
MUNCUQLUTƏPƏ
DAHA ƏTRAFLI
ŞƏMKİR
QAZINTILARI
DAHA ƏTRAFLI
GORANBOY RAYONU
QARAÇİNAR
YAŞAYIŞ YERİ
DAHA ƏTRAFLI

Arxeologiya və Antropologiya İnstitutunun  yaranmasının qısa  tarixi.

Arxeologiya və Antropologiya İnstitutunun təşəkkülü və formalaşması uzun tarixi prosesin nəticəsi ilə bağlı olmuşdur.

Arxeoloji tədqiqatların təşkilatlanmasının bünövrəsində 1923-cü ildə təşkil olunmuş Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması durmuşdur. Cəmiyyət başqa sahələrlə yanaşı arxeoloji və etnoqrafik tədqiqatların da istiqamətlənməsində mühüm rol oynamışdır.

Növbəti mərhələ 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsinin yaranması ilə davam etdirilmişdir. Arxeoloji Komitə ekspedisiyaların təşkili, abidələrin qeydə alınması və ilkin tədqiqi ilə bağlı intensiv fəaliyyət göstərmişdir. 1929-cu ildə yeni yaranmış Azərbaycan Elmi-Tədqiqat İnstitutunun tərkibində fəaliyyət göstərən arxeoloq və etnoqraflar tədqiqatların miqyasını daha da genişləndirmişdir.

1932-ci ildə təşkil olunan SSRİ EA Zaqafqaziya  Filialının Azərbaycan Bölməsi tərkibində Maddi-Mədəniyyət şöbəsi geniş elmi araşdırmaları davam etdirmiş, ayrıca bir vahid kimi sonrakı işlərin əlaqələndirici rolunu oynamışdır. 1935-ci ildə SSRİ EA ZF Azərbaycan Filialına çevrilərək Maddi-Mədəniyyət şöbəsinin də fəaliyyəti yeni mərhələyə qədəm qoymuşdur. 1945-ci ilə Filialın bazasında müstəqil Azərbaycan SSR Elmlər Akademiyası yaradılmış, bütün elm sahələri kimi Arxeologiya və Etnoqrafiya üzrə təşkilatı məsələlər daha operativ həllini tapmışdır. Məhz həmin dövrdə məşhur Mingəçevir arxeoloji-etnoqrafik tədqiqatları masştablı xarakter almışdır.

Akademiyanın aparıcı bölməsindən olan Tarix İnstitutu müstəqil fəaliyyətə başlamış, Maddi-Mədəniyyət şöbəsi onun strukturuna daxil olmuşdur.

Sonrakı vaxtlarda İnstitutun tərkibində ayrıca Arxeoloji və Etnoqrafik şöbələr təşkil olunmuşdur. XX əsrin 60-cı illərində Arxeoloqlar bir neçə şöbədə – “Qədim dövr arxeologiyası” və “Orta əsrlər dövrü arxeologiyası”, “Tarixi Etnoqrafiya” və “Müasir dövr arxeologiyası” şöbələri yaradılmışdır.

1974-cü ildə Tarix İnstitutunun nəzdində bir sıra şöbələri əhatə edən Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmışdır.

1993-cü ildə AR Prezidentinin xüsusi sərəncamı ilə Arxeologiya və Etnoqrafiya Sektorunun bazasında müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olunmuşdur.

2021-ci ildə İnstitutun Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, 2023-cü ilin axırlarında isə Etnoqrafların Tarix İnstitutuna köçürülməsi ilə Arxeologiya və Antroipologiya İnstitutu adlanmağa başlamışdır. Bu haqda 2024-cü il 19 yanvar tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar   vermişdir.